Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev bir qrup xarici media orqanının Azərbaycan nümayəndəliklərinin əməkdaşlarına açıqlamasında deyib ki, hər kəs həmin mallara baxa bilər:
“Bizim məqsədimiz humanitar yardım göstərmək, kömək etməkdir, əlbəttə, məqsədimiz insanları zəhərləmək deyil. Hər kəs həmin mallara baxa, orada sərbəst şəkildə çəkiliş də apara bilər”,- qurum rəsmisi qeyd edib. (Report)