20.09.2024, 02:00
AZ EN
21.12.2022, 13:06 306

Türkiyə səfiri: Qarabağın Azərbaycan olduğunu bütün dünyaya çatdırmalıyıq

XƏBƏRLƏR
  • İllərdir Laçın dəhlizində baş verənləri Azərbaycan dəfələrlə bəyan edib, lakin buna əhəmiyyət verilmədi. Xüsusən də Ermənistan silahlı qüvvələrinin qanunsuz əməlləri və Qələbədən sonra minaların basdırılması məsələsi, o cümlədən təbii sərvətlərinin və mədənlərinin talanması, oğurlanması bu kontekstdə ekoloji problemdir.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı söyləyib.

“Azərbaycanın nümayəndə heyətinə öz ərazisində araşdırma aparmasına icazə verilməyib. Bu məsələnin ictimailəşdirilməsi vacibdir. Eyni zamanda, Qarabağın Azərbaycan ərazisi olduğunu və mədənlərin Azərbaycana aid olduğunu bütün dünyaya çatdırmalıyıq. Ətraf mühitin çirkləndiyini beynəlxalq ictimaiyyətə bildirmək üçün ekoloqlar, fəallar burada dinc aksiya keçirirlər. Bu aspekt vacibdir. Bütün dünya bunu bir daha dərk etməlidir ki, Azərbaycan bu məsələni dinc əhali üçün deyil, daha çox ekoloji həssaslıq və ərazisinin minalardan qorunması, yenidən minaların döşənməsinə yönəlmiş insidentlərin qarşısını almaq üçün gündəmə gətirib”, - dəyə səfir diqqətə çatdırıb. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR