Bunu ABŞ-nin Bakıdakı müvəqqəti işlər vəkili Emi Karlon Amerika universitetlərinin azərbaycanlı məzunları üçün keçirilən illik qala tədbirində deyib.
Karlonun sözlərinə görə, Birləşmiş Ştatlar davamlı sülhün bərqərar olunmasında Azərbaycan və Ermənistanı dəstəkləməyə sadiqdir.
"Sülh və regionun davamlı inkişafı hökumətlərimiz arasında əməkdaşlıqdan daha çox asılıdır. Amerikalılar və azərbaycanlılar arasında şəxsiyyətlər arasında əlaqələrin gücləndirilməsi də eyni dərəcədə vacibdir. Biz sizin bunun mümkün olmasına və Cənubi Qafqazın ticarət, tranzit və enerji sahələrində böyük potensialının açılmasına kömək edəcəyinizə ümid edirik", - o vurğulayıb. (Report)