22.01.2026, 14:41
AZ EN
29.09.2025, 11:15 237

“Konstitusiya və Suverenlik İli” münasibətilə Moldovanın Milli Tarix Muzeyində fotosərginin açılışı olub

XƏBƏRLƏR
  • Kişineu şəhərində “Konstitusiya və Suverenlik İli” münasibətilə Moldovanın Milli Tarix Muzeyində fotosərginin açılış mərasimi olub.

Azərbaycanın Moldovadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Moldova Parlamentinin deputatı, Moldova XİN-in nümayəndələri, Moldovada akkreditə olunmuş diplomatlar və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən ölkəmizin Moldovadakı səfiri Ülvi Baxşəliyev 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30 illiyinin və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünün qeyd edildiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini vurğulayıb. Səfir sərgidə nümayiş etdirilən şəkillər arasında Bakının 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən daşnak-bolşevik işğalından azad edilməsini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Ordumuzun Vətən müharibəsində parlaq Qələbəsini, eləcə də ölkəmizin inkişafını əks etdirən fotoların yer aldığını diqqətə çatdırıb.

Muzeyin direktoru Eugeniu Sava və deputat Vitali Jakot çıxışlarında konstitusiyanın hər bir ölkənin inkişafında mühüm rol oynadığını qeyd edərək, sərginin paytaxt Kişineu şəhərinin sakinləri və qonaqları tərəfindən böyük maraqla qarşılanacağını bildiriblər.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. (AZƏRTAC)

Oxşar xəbərlər