Hərbi ekspert Ədalət Verdiyev bütün bunlara aydınlıq gətirərək deyib:
-Ermənistan tərəfi artıq neçənci dəfədir ki, Azərbaycan ilə Ermənistan arasında Avropa və ya Rusiyanın vasitəçiliyi ilə hansısa bir nəticəyə yaxınlaşma müşahidə olunduqda və yaxud da, müəyyən məsələlərdə ortaq yaxınlaşma əldə olunduqda dərhal Ermənistanda biriləri tapılır ki, bu prosesləri ləngitmək üçün ortaya müəyyən həqiqətdən uzaq olan məsələlər atırlar. Bu dəfə də fərqli bir şey görmədik. Gah atəşkəs pozuntusuyla rastlaşırıq, gah da Ermənistan tərəfindən əsassız bəyanatlar, əsassız şübhəli görüntülər ortaya atılır və nəticə etibarilə də bu, daha əvvəl əldə olunan razılaşmaların sıfırlanmasına gətirib çıxarır ki, son nəticədə də Qafqazda sülhün əldə olunması prosesi daha da uzun bir müstəviyə yayılır.
Hansısa həqiqəti əks etdirməyən yalançı videoya reaksiya verənlər niyə Ermənistanın son 30 ildə törətdikləri cinayətlərə susqunluqla yanaşırlar. Azərbaycanlıların başına gətirilən faciələrlə bağlı onların öz dilindən səsləndirilən etiraflar, yazılan kitablar niyə müzakirə olunmur?
Beləliklə, bizim beynəlxalq ictimaiyyətə ünvanlayacağımız daha çox sualımız var.
Xocalı hadisəsəi barəsində danışan erməniyə rast gəlmirik, Azərbaycan ərazisinə qadağan olunmuş silahların mülki əhaliyə tədbiqinə qarşı çıxış eləyən bir erməniyə rast gəlmirik və s. Saymaqla bitməyəcək dərəcədə faciələr törədib ermənilər. Bütöv ailələri yer üzündən siliblər. Təkcə Gəncədə 6 ailə ermənilərin taktiki raketdən atdığı zərbələrdən tamamilə məhv olub, 6 ailədən heç kim qalmayıb. Soyqırımı deyilmi bu? İndi hansısa görüntü atıblar ortaya, onların da montaj və ya real olduğunu mütəxəssislər deyə bilər. Respublika prokuroru araşdırır. Həqiqəti əks etdirməyən hansısa görüntülərdən ötrü hay-kay salırlarsa, bunun heç bir nəticəsi ola bilməz. Çünki bizim əlimizdə olan faktlar, rəqəmlər, Ermənistan tərəfinin iddialarının ən azı iki yüz qatındadır. Biz, bunlara reaksiya gözləyirik.
Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri ordumuzun mövqelərini müxtəlif atıcı çaplı silahlarlardan istifadə etməklə fasilərlərlə atəşə tutub. Müdafiıə Nazirliyindən verilən məlumata görə Azərbaycan ordusunun bğlmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Hazırladı: Tahirə AĞAMİRZƏ