10.09.2025, 12:05
AZ EN
09.09.2025, 23:50 164

Qərbi Azərbaycan Xronikası: Hun türk etnonimindən yaranan yaşayış məskəni

XƏBƏRLƏR
  • Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Hun türk etnonimindən yaranan yaşayış məskəni" adlı süjet hazırlanıb.

Bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Aşağı Türkmənli, Aşağı Xatınarx, Aşağı Xotanan, Aşağı Hunud, Aşağı Çanaxçı toponimi haqqında söz açılır.  

Bildirilir ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin mütləq əksəriyyətinin yaranması, adının, mənasının Azərbaycan mənşəli olması danılmaz faktdır.

Vurğulanır ki, Qərbi Azərbaycanda erməni saxtakarlığına məruz qalan kəndlərin tarixi, deportasiya faktları və toponimlərin etimologiyası bu məkanların türklərə məxsus olmasını danılmaz həqiqət olaraq ortaya qoyur: "Təbii ki, bu torpaqlar yalnız coğrafi məkan deyil, eyni zamanda, Azərbaycan xalqının mədəni və tarixi kimliyinin ayrılmaz hissəsidir".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.  (Report)

Oxşar xəbərlər