Milli Məclisin sədri Sahibə Qafarova 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar özünün feysbuk səhifəsində paylaşım edib.
Paylaşımında deyilir: “1918-ci il mart soyqırımı yalnız azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir. İllər keçsə də Azərbaycan xalqı bu vəhşilikləri, etnik təmizləməni, terror və soyqırımı aktlarını unutmayacaq. Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edirik.
Allah rəhmət eləsin!”.