Azərbaycan Ermənistana əhatəli sülh razılaşması təklif edib. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "A Haber" telekanalına müsahibəsində deyib.
O, Türkiyənin Ermənistanla normallaşma prosesində Ankaranın Bakı ilə məsləhətləşmədən ciddi addımlar atmadığını bildirib. "Qarabağ müharibəsi başa çatdıqdan sonra biz yalnız müsbət mesajlar vermişik. Azərbaycan əhatəli sülh razılaşması irəli sürüb. Ermənistanın bu təklifi qəbul etməsi lazımdır", - M.Çavuşoğlu deyib.