Ermənilər yazılı və elektron kütləvi informasiya vasitələrində Azərbaycana qarşı böhtan və qarayaxma kampaniyasını müxtəlif variantlarda davam etdirirlər.
Xocalı qatili Seyran Ohanyan 24 NEWS-a «Hər an müharibəni gözləmək lazımdır. Bu sahədə iqtidar ləng addımlar atır» sərlövhəli müsahibəsində, həmişə olduğu kimi, yenə də baş nazir Nikol Paşinyanın özünü və komandasını tənqid, Azərbaycanı və onun dostlarını isə təhqir edir. Özü müdafiə naziri olarkən gördüyü işlərdən pafosla danışan Ohanyan erməni xalqına məsləhət görür ki, heç vaxt Azərbaycanın çağırışları ilə razılaşmasın, əksinə, daim silahlanma barədə düşünsün və «itirilmiş torpaqlar»ın qaytarılması üçün döyüşə atılsın. Rusiyanın Ukraynaya hücumunu dəstəkləyən bu cani Ermənistanla Azərbaycan arasında yeni müharibə olarsa, qalib gələcəklərini tamaşaçılara müxtəlif sərsəm fikirlərlə sırımaq istəyir. Amma «Faktor» TV-də yayımlanan verilişdə Ermənistan milli məclisinin üzvü X.Sukiasyan onu və digər revanşistləri ciddi tənqid edərək vurğulayır ki, Azərbaycan, türk, gürcü və abxazlar min illər boyu yanaşı yaşayıblar. Son 30 ildə baş verən hadisələr isə onları bir-birindən ayıraraq düşmənlərə çevirib. «Biz dinc yanaşı qonşuluq münasibətlərinin bərpa etməliyik ki, gələcək nəsillərimiz də bir-birilə müharibə etməsin» deyən deputatın sözləri «Hayastan» və «Badiv unem» fraksiyalarının üzvlərinin sərt etirazına səbəb olub. Onların sərsəmləmələrindən açıq-aydın görsənir ki, yeni müharibə istəyirlər.
Rusiya və Ukrayna nümayəndələrinin İstanbulda görüşə başlamaları da ermənilərin əsl sifətlərini bir daha üzə çıxırır. Onların əksər siyasətçiləri bildirirlər ki, Ərdoğanın cəhdlərinə baxmayaraq bu \görüşdə də konkret nəticə hasil olmayacaq, bununla da həm Türkiyənin, həm də Ərdoğanın nüfuzuna xələl gələcəkdir. Əlbəttə, bu onların subyektiv fikridir və hər bir hadisəyə özlərinin xəstə təxəyyülləri ilə qiymət verən vermənilərin Donbasdakı separatçıları da «xalq» adlandırması isə daha gülməli görünür.
Hamparsumyan soyadlı bir erməni isə həqiqəti etiraf edir ki, onları məhz ruslar qoruyur. O, bildirir ki, əgər ruslar gedərsə, «erməni gəncləri yenə də «bayrakdar»ların qurbanına çevriləcəklər». Anna Hakopyanın müharibədə ölmüş ermənilərin yaxınları ilə görüş keçirib, rəqs etmələri ilə həm Hamparsumyanın, həm də Armen Qriqoryan adlı politoloqun qəzəbinə səbəb olub. Hər ikisi vurğulayıb ki, bu tədbir təkcə azərbaycanlıları deyil, bütün dünyanı üstümüzə güldürdü.
Rusiyanın Ukrayanaya hücumunu dəstəkləyən ermənilərin sayı isə getdikcə artmaqdadır. «Hraparak» qəzetinin son sayındakı yazılar da bunu sübut edir. Biz sözlə, dostlarına arxalanan ermənilər Qarabağda yeni müharibə istəyirlər. Görünür, sonları çatır.
Nəsib QARAMANLI