Bunu BMT-nin Qaçqınlarla üzrə Ali Komissarlığının Azərbaycan Nümayəndəliyinin rəhbəri Quido Ambrosso “Milli Şəhərsalma Forumunda” keçirilən panel müzakirələrində deyib.
“Mən bilirəm ki, cəlbedici şəhər yaratmaq Ağdam planının məqsədlərindən biridir. Dünən təəssüf ki, Ağdam şəhərinə səfərdə iştirak edə bilmədim, amma əvvəllər bir neçə dəfə Ağdamı ziyarət etmişəm. Ona görə də hesab edirəm ki, Azərbaycan hökuməti "Böyük Qayıdış"ın uğurlu və davamlı olması üçün vacib elementi düzgün müəyyən edib”, - o əlavə edib. (APA)