21.07.2025, 18:29
AZ EN
21.07.2025, 11:57 214

İranlı redaktor: Cənubi Qafqazın ən böyük media forumunun Qarabağda təşkili çox önəmli amildir

XƏBƏRLƏR
  • Cənubi Qafqazın ən böyük media forumunun Qarabağda təşkili çox önəmli amildir. Xüsusilə bir çox ölkədən jurnalistlərin burada olması, onlarla ünsiyyət qura bilmək bizim kimi media nümayəndələri üçün çox gözəl bir fürsətdir.

Bu sözləri İranın Mehr Xəbər Agentliyinin türk dili redaktoru Azar Mahdavan deyib.

Azar Mahdavan Prezident İlham Əliyevin jurnalistlərlə görüşünün, hər bir suala detallı cavab verməsinin təqdirəlayiq hal olduğunu qeyd edib. O, Azərbaycan dövlətinin mətbuata çox önəm verdiyini və belə böyük bir Forumun təşkilinin buna sübut olduğunu bildirib.

“Şuşa Qlobal Forumu yeni dünyada medianın çox mühüm əhəmiyyətə malik olduğunu göstərir. Xüsusilə müxtəlif ölkələr arasındakı münasibətlərdə böyük rol oynayır. Hər bir ölkədə bu kimi forumların keçirilməsinə ehtiyac vardır”, - deyə redaktor əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər