Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu zamanı bildirib.
"Üç il ardıcıl gözəl Şuşa şəhərində Qlobal media forumu keçirilir. Niyə məhz bu şəhər? Şuşa, müəyyən mənada, Azərbaycan xalqının tarixidir, yaradıcılıq üçün ilham yeri olub. Və bir çox Azərbaycan mütəfəkkirləri, filosofları, yazıçıları, o cümlədən jurnalistləri bu şəhərdə doğulub və bu şəhərdə yaradıblar. Buna görə də, bu ənənəni davam etdirərək, biz ilhamverici nəğməni Şuşa şəhərinə qaytarmaq istərdik", - deyə o bildirib.
Hacıyev qeyd edib ki, Şuşada forum təşkil etməklə Azərbaycan ilhamverici və yaradıcı mühit və atmosfer yaratmağa çalışır ki, burada üzləşdiyimiz problemlər haqqında yeni fikirlər təklif etmək və tövsiyə vermək mümkün olsun.
Prezidentin köməkçisi xatırlatdı ki, forumda ənənəvi olaraq müxtəlif ölkələrdən qonaqlar, o cümlədən media və elmi dairələrin nümayəndələri iştirak edirlər. Hacıyevin sözlərinə görə, digər vacib amil - Şuşanın müharibə və işğalı yaşaması, postmünaqişə vəziyyətini də geniş işıqlandırmağa kömək edir.
"Təəssüf ki, Şuşa şəhəri, bütün Qarabağ və Şərqi Zəngəzur haqqında çoxlu feyklər yayılırdı. Məsələn, Xocalı soyqırımı beynəlxalq mediada lazımi şəkildə işıqlandırılmamışdı. Bütün həqiqəti yalnız Azərbaycan mediası çatdırırdı", - deyə o bildirdi. (Report)