23.12.2024, 14:57
AZ EN
05.10.2022, 13:06 349

Anar Kərimov: Qarabağda vandalizmə məruz qalan abidələr təsnifatlaşdırılır, UNESCO-ya göndərilir

XƏBƏRLƏR
  • Qarabağdakı dağıdılmış abidələr nazirliyin daima diqqətində olan bir məsələdir.

Bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Nazir sözügedən dağıntıların daima beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində iş getdiyini vurğulayıb: "Bu məsələ ənənəvi olaraq, bizim gündəmimizdədir. 30 illik işğalda qalan, vandalizmə məruz qalan abidələrin ilk olaraq inventarlaşdırılması məsələsini həll etmişik. Daha sonra foto-video fiksasiya edilərək, dağıdılma vəziyyətinə uyğun olaraq təsnifatlandırılıb. Və davamlı olaraq, beynəlxalq təşkilatlara UNESCO, İSESCO kimi təşkilatlara göndərilir, məlumatlandırılır. Ermənistan bu cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir". (APA)

Oxşar xəbərlər