18.07.2025, 00:05
AZ EN
17.07.2025, 17:49 101

Türkiyə və ABŞ Zəngəzur dəhlizi ilə bağlı eyni mövqedədir

XƏBƏRLƏR

Erməni jurnalist və politoloq Boris Tamoyan Paşinyan Türkiyə-Amerika planına “hə” dedi: Zəngəzur dəhlizi açılacaq" başlıqlı məqaləsi İrəvanda geniş müzakirələrə yol açıb.

"Vətən səsi" xəbər verir ki, məqalə Baş nazir Nikol Paşinyanın dünən keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə həsr olunub. Müəllif əmindir ki, Paşinyanın komandası heç vaxt Ermənistan ərazisindən keçən və Ermənistanın nəzarəti altında olmayan yolu müzakirə etməyib və müzakirə etməyəcək: "İlk baxışdan səslənən fikir milli maraqların qorunmasını açıq şəkildə ifadə edir. Lakin eyni mətbuat konfransının davamı tamam başqa mesajı nəzərdə tutur: Baş nazir, deyəsən, investisiya proqramı şəklində dəhliz təmin etmək niyyətini açıqlayaaq, siyasi diqqətə əl atır. Paşinyan deyib ki, Ermənistanda yol infrastrukturuna investisiyaların cəlb edilməsi üçün şirkətin yaradılması müzakirə edilir. Bu, əslində, ictimai narazılığı alovlandırmamaq üçün müxtəlif sözlərlə təqdim edilən dəhliz ideyasının özüdür. Bunun sadəcə söz oyunu olmadığını bir neçə gün əvvəl ABŞ səfiri Tom Barakın açıqlamaları şəklində ortaya çıxan diqqətəlayiq məlumatlar da sübut edir".

Məqalədə o da bildirilir ki, ABŞ-nin Türkiyədəki səfiri Vaşinqtonun dəhlizə marağını faktiki olaraq ortaya qoyub. Müəllifin sözlərinə görə, ABŞ Ermənistanla Azərbaycan arasında nəzərdə tutulan nəqliyyat marşrutunu nəzarətə götürməyi təklif edib ki, bu da uzunmüddətli sülhə töhfə verir.

Danışıqlardan xəbəri olan regional mənbə qəzetə bildirib ki, dəhlizin idarə olunması üçün özəl şirkət yaratmaq ideyasını ilk dəfə Türkiyə təklif edib. Yeri gəlmişkən, bu təklif həm Azərbaycan, həm də Ermənistan tərəfindən bəyənilib: "Əsas məqsəd Ermənistan ərazisindən “dəhliz” sözünü işlətmədən dəhliz təmin etməkdir. İcarəyə və investisiyalara dair danışıqlar isə sadəcə yumşaq bir örtükdür. İctimai rəyi elə hazırlayırlar ki, dəhliz yoxdur, biznes var, inkişaf var. Reallıqda isə bəzi hissələrə nəzarət amerikalılara, ola bilsin ki, türklərə veriləcək. Paşinyanın mətbuat konfransı isə bütün başqa mövzuları bir kənara qoyaraq, ictimai, rəsmi şəxsin bu proqrama “hə” demək və ya onun başlandığını elan etmək addımı idi".

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR