Bu barədə Avropa bürosuna Aİ Xarici İşlər Nazirləri Şurasının gələn həftə baş tutacaq iclasından əvvəl keçirilən brifinqdə birliyin yüksək çinli rəsmisi məlumat verib.
“Maqdalena Qrono regionun hər üç ölkəsində yaxşı əlaqələr yaradıb. Nazirlərin görüşündə Şuranın prezidenti onun bu vəzifədə fəaliyyətinin növbəti iki il müddətinə uzadılmasını təklif edəcək”, - Aİ rəsmisi qeyd edib.
Onun sözlərinə görə, Qrono öz mandatı çərçivəsində Cənubi Qafqazda imkan və ehtiyacın olduğu yerlərdə, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh prosesində Aİ-nin dəstəyini təmin edə biləcək. (Report)