07.07.2025, 05:58
AZ EN
04.07.2025, 13:30 202

Prezident İlham Əliyev: ECO-nun Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var

XƏBƏRLƏR
  • Bugünkü Zirvə görüşünün (ECO-nun 17-ci Zirvə görüşü – red.) Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var.

Bu sözləri Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı söyləyib.

Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirildiyini xatırladan dövlətimizin başçısı bildirib: “2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim”. (AZƏRTAC)

Oxşar xəbərlər