22.12.2024, 23:24
AZ EN
01.08.2023, 12:25 226

ABŞ-ın Qafqaz üzrə baş müşaviri İrəvana gedir

XƏBƏRLƏR
  • ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə İrəvana səfər edəcək.

Bu barədə “Azadlıq Radiosu”nun erməni bürosu ABŞ-ın İrəvandakı səfirliyinə istinadən bildirib.

Qeyd olunub ki, səfər zamanı ABŞ diplomatı ölkəsinin Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları prosesinə dəstəyini ifadə edəcək, davamlı sülhə nail olmağın ən yaxşı yollarını müzakirə edəcək.

Səfirlikdən bildirilib ki, ABŞ Cənubi Qafqazda yaşayan xalqlara sülh və sabitlik gətirəcək istənilən prosesi dəstəkləməyə hazırdır.

Xatırladaq ki, Lui Bono bu ilin may ayında regiona səfər edib. Səfəri zamanı o, Bakıda və İrəvanda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələlərini müzakirə edib. (APA)

Oxşar xəbərlər