"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, hazırda Ermənistanda müxalif qüvvələrin, xüsusilə Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını artırmaq üçün Moskvanın təlimatı əsasında fəaliyyət göstərənlərin cəzalandırılmasına başlanıb. Rusiya keşiş Baqratın timsalında kilsədən Paşinyana qarşı istifadənin nəticəsiz qaldığını anladıqdan sonra kilsə rəhbərliyini qabağa versə də, bu da gözlənilən effekti vermədi.
"Əslində Nikol Paşinyan kilsə rəhbərlərinin Rusiyanın əlində necə çirkin olduqları ictimaiyyətə elan edəndən sonra hər şey bəlli oldu. Nikol onları ən ağır sözlərlə təhqir etdi. O, hətta II Qaregini əxlaqsızlıqda, subaylıq andını pozubmaqda ittiham etdi. Bunun ardınca kilsənin müdafiəsinə qalxan milyarder Samvel Karapetyana təzyiqlər başladı. Həbs edilən Karapetyan hakimiyyətin ələ keçirilməsinə cəhddə günashlandırıldı və bu, təsadüfi deyil. Rusiya vətəndaşı olan Karapetyan “məxməri inqilabdan” sonra Moskvanın tövsiyəsi ilə Ermənistana yatırım etdi" - deyəı, Ermənistan mətbuatı yazır.
Xatırladaq ki, bu gün səhərdən etibarən Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan və Daşnaksütyun Partiyasının üzvlərinin evlərində axtarışlara başlayıb. Qalstanyan və onun tərəfdaşları hakimiyyəti ələ keçirmək məqsədilə terror aktları hazırlamaqda ittiham olunur. Ermənistanda hakimiyyət çevrilişinə cəhddə ittiham olunan arxiyepiskop Baqrat Qalstanyanın vəkili Sergey Arutyunyan deyib ki, keşişin həbsi ilə bağlı vəsatət məhkəməyə təqdim olunacaq. Onun sözlərinə görə, bu gün dövlət çevrilişində cəhd ittihamı ilə evlərində aparılan axtarışlardan sonra saxlanılanların ilkin siyahısı ortaya çıxıb. Məlum olub ki, buraya “Müqəddəs Mübarizə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyandan başqa daha yeddi nəfər daxildir. Onlar ləğv edilmiş separatçı rejimin “deputat”ı Davit Qalstyan, istefada olan polkovnik Mihran Maqsudyan, “Daşnaksütyun” Partiyasının Ali Şurasının üzvü İqor Sərkisyan, iş adamı Tiqran Qalstyan, fəal Ara Rustamyan və din adamları Hrayr və Movsesdir.
Elxan SALAHOV