Doğrudan da, hakimiyyəti dövründə Ulu Öndərimiz andına sadiq qalaraq həm daxili, həm də xarici siyasəti ilə Azərbaycanın inkişafına böyük töhfələr verib. Hedər Əliyev bütün dünyada torpaqlarımızın 20 faizindən çoxunu işğal altında saxlayan Emənistana qarşı böyük bir siyasətci, uzadgörən dövlət xadimi kimi mübarizə aparıb. Elə bu haqlı çıxışlarına, səylərinə görə dünyada ölkəmiz haqqında düşmənin yaratdığı mənfi imic getdikcə dəyişməyə başlayıb və nəticədə bir çox böyük dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın isə işğalçılıq siyasətini pisləyən qətnamələrin və bəyanatların qəbul olunmasına nail olub.
Bu gün böyük azərbaycanlı, dahi siyasətçi Heydər Əliyevin ruhu şaddır. Çünki onun siyasi yolunu layiqincə davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev bu böyük insanın, həm də doğma atasının vəsiyyətini yerinə yetirərək 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla torpaqlarımızı 30 illik işğaldan azad edib.
Ulu Öndəri xatırlayarkən bizi sanki bir nəğmə də müşayiət edir.
Sən elə bir zirvəsən, küləklər neyləyəcək,
Dünənim, bu günümsən, səninlədir gələcək.
Nə qədər Azərbaycan, nə qədər bu millət var,
Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək!
Mina RƏŞİD