Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ilk müqaviləsini məhz Osmanlı dövləti ilə bağlayıb:
"Həmin dövrdə millətimizin atəşdən köynək geyindiyi dönəm idi. Lakin bir-birimizə dəstəyi azadlıq mübarizəmizdən kənarda tutmadıq".
F.Oktay bildirib ki, mərhum Prezident Heydər Əliyevin “Bir millət, iki dövlətik” sözləri Türkiyə Azərbaycan əlaqələrinin ən səlis ifadəsidir:
“Bütün sahələrdəki əlaqələrimiz iki dövlətin deyil, iki qardaşın arasındakı əlaqələr kimi güclü və sağlam irəliləyir. Bu birlik İkinci Qarabağ müharibəsində bir daha ən pik səviyyədə özünü göstərdi. Ermənistan və Azərbaycan arasında sülhün təmin olunacağına inanırıq. 44 günlük müharibədən sonra yaranan bu şans Cənubi Qafqazda inkişaf üçün zəmin ola bilər”. (Report)