23.06.2025, 17:47
AZ EN
23.06.2025, 13:21 240

Revanşistlər Bakı və Ankara ilə anlaşmaq istəmir

XƏBƏRLƏR
  • Ermənistan ictimaiyyəti Türkiyə ilə sərhədlərin cəza olaraq bağlandığını anlayır. Arıq Qarabağ münaqişəsi həll edilib və bu, o deməkdir ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasının da vaxtı çatıb.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Arsen Torosyan deyib. Onun sözlərinə görə, Ermənistan Türkiyə ilə sərhədlərin açılmasını və keçmişdə münaqişə tərəfi olan qonşularla münasibətlərin normallaşmasını istəyir. 

“Türkiyə və Azərbaycanla sərhədlər müharibə səbəbindən bağlanıb. Türkiyə birtərəfli olaraq sərhədləri mahiyyətcə cəza olaraq bağlayıb. Açıq sərhədlər olsaydı, biz daha sürətlə inkişaf edərdik. Ermənistan hakimiyyəti Türkiyənin sərhədləri açması üçün addımlar atsa da, bu günə kimi buna nail ola bilməyib", - deyə Arsen Torosyan əlavə edib.

Erməni deputat onu da bildirib ki, Ermənistandakı müxalifət qüvvələri Türkiyə ilə sərhədlərin açılmasına, eləcə də Ankara və Bakı ilə əlaqələrin sivil qaydada bərpasına mane olmağa çalışır. Torosyan hətta Ermənistandakı revanşist qüvvələri nəzərdə tuturaraq bəzi qüvvələri hakimiyyəti bu addımlardan çəkindirməyə çalışdığını da gizlətməyib: "İndi bütün bunlardan sonra sərhədlərin qapalı qalmasını istəyənlər kimin maraqlarına xidmət edirlər?”.

Elxan SALAHOV

Oxşar xəbərlər