23.06.2025, 17:33
AZ EN
23.06.2025, 12:07 306

Xüsusi karantin rejiminin müddəti uzadılıb

XƏBƏRLƏR
  • Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Nazirlər Kabineti bu barədə qərar verib.

Qeyd edək ki, sonuncu dəfə xüsusi karantin rejimi 1 iyul 2025-ci ilədək uzadılmışdı. (APA)

Oxşar xəbərlər