14.11.2025, 04:42
AZ EN
21.06.2025, 14:13 310

Rusiya səfiri: Şuşaya səfər etməyi hər kəsə tövsiyə edirəm

XƏBƏRLƏR
  • Şuşa ildən-ilə daha da gözəlləşir.

Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bildirib.

O qeyd edib ki, ötən il də Şuşanı ziyarət edib və tikinti işlərinin miqyasından heyrətə gəlmişdi: "Şəhər mənzərəli idi, indi daha da gözəlləşib".

Diplomat tikinti işlərinin sürəti ilə bağlı heyranlığını ifadə edib: "Sakinlərin sayı getdikcə artır. Şəhərdə çox sayda turist var. Çünki Şuşa səfər üçün cəlbedici bir yerdir".

Səfir hər kəsə Şuşaya səfər etməyi tövsiyə edib. (Report)

Oxşar xəbərlər