20.06.2025, 20:50
AZ EN
20.06.2025, 16:30 56

Polşa səfiri: Qarabağda aparılan bərpa işlərinin miqyası heyranedicidir

XƏBƏRLƏR
  • Qarabağda aparılan bərpa işlərinin miqyası və sürəti heyranedicidir.

Bu barədə Polşanın Azərbaycandakı səfiri Pavel Radomski bildirib.

"Bu, Qarabağa ikinci səfərimdir. İlk dəfə iki ay əvvəl Xankəndidə olmuşam. Azad edilmiş ərazilərdəki gözəllikdən, təbiətdən, dəyişikliklərin miqyasından, investisiyalardan, modernləşmədən heyrətə gəldim", - diplomat qeyd edib.

Səfir azad edilmiş ərazilərin bərpasının bütün region üçün strateji əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu proses təkcə iqtisadi deyil, həm də dərin sosial əhəmiyyətə malikdir.

Polşalı diplomat xüsusilə vurğulayıb ki, bərpa prosesi "təkcə pul deyil, həm də Qarabağa qayıtmaq istəyən hər kəsə kömək etmək əzmi tələb edir".

Bundan əlavə, səfir azad edilmiş ərazilərə yenidən səfər etmək istəyini ifadə edib: "Bərpa planının necə irəliləyəcəyini görmək maraqlıdır. Azərbaycana uğurlar arzulayıram". (Report)

Oxşar xəbərlər