19.06.2025, 04:43
AZ EN
18.06.2025, 20:58 106

Məlahət İbrahimqızı: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq hüquqdur

XƏBƏRLƏR
  • Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq hüquqdur.

Bu sözləri Şimal bürosuna açıqlamasında Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin üzvü Məlahət İbrahimqızı iyunun 18-də Şabranda keçirilən “Qərbi Azərbaycan-Yurd yerimiz” mövzusunda konfrans çərçivəsində deyib.

"Biz Qadınlar Şurası olaraq beynəlxalq işlər aparırıq. Beynəlxalq qadınlar hərəkatı ilə sıx əməkdaşlıq edirik. Bu ilin mart ayında Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası olaraq qadın hüquqları aylığı çərçivəsində konfrans keçirdik və BMT-yə müraciət ünvanladıq.

Ünvanladığımız müraciət BMT-nin rəsmi sənədi kimi qəbul olunub. BMT-nin Təhlükəsizlik Şurası tərəfindən bu sənəd 200 ölkəyə göndərilib. Bir daha təsdiq olunub ki, Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq hüquqdur, təməl insan haqlarıdır və bu qayıdış prosesin heç kəs əngəlləyə bilməz". (Report)

Oxşar xəbərlər