"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan deyib ki, İran-İsrail qarşıdurması Ermənistan iqtisadiyyatına böyük zərbə vurub. Onun sözlərin görə, Ermənistana məxsus yüklərinin bir hissəsi Bəndər-Abbas limanında və İranın sərhəddaxili yollarında gözləyir.
Papoyan qeyd edib ki, Ermənistanın xarici ticarət dövrüyyəsinin çox önəmli hissəsi İran üzərində həyata keçirilir. Buna görə də Təl-Əvivlə Tehran arasında raket müharibəsinin davam etməsi Ermənistan iqtisadiyyatına ağır zərbə vurur: "Ermənistan Xarici İşlər Nazirliyi bununla bağlı öz mövqeyini açıq bəyan edib. Biz İranla İsrail arasında sülhün tezliklə bərqərar olmasın istəyirik və buna ümid edirik. Regionda sabitlik bütün ölkələr, o cümlədən Ermənistan üçün çox vacibdir. Həm idxal, həm də ixrac baxımından çətinliklərimiz var. Bunlar bizdən asılı olmayan amillərdir. Buna baxmayaraq, ümid edirik ki, münaqişə tezliklə həll olunacaq və biz əvvəllər olduğu kimi Ermənistana dost olan İran vasitəsilə yük daşıya biləcəyik".
Elxan SALAHOV