Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin açıqlamasını şərh edərkən deyib.
"İtaliya tərəfinin həm münaqişə, həm də post-münaqişə dövründə bölgə üzrə sərgilədiyi siyasət və yanaşma daim balanslı olub.
Bu ölkə tərəfindən beynəlxalq hüququn pozuntularını gözardına alan siyasətdən qaçınması bir daha İtaliya tərəfinin məsələdən daim agah olduğunu göstərib və Fransa kimi ölkələrin yürütdüyü destruktiv siyasətin nə dərəcədə əsassız və nəticəsiz olduğunu sübut edib.
Hesab edirik ki, İtaliya tərəfindən yürüdülən bu siyasət başda Fransa olmaqla, bəzi Avropa ölkələrinə nümunə olmalıdır", - deyə o qeyd edib.