Bu fikri azconsulate.com.ua saytında dərc edilən məqaləsində Ukraynanın Sumı Dövlət Universitetinin dosenti Oleq Tulyakov söyləyib.
Alim qeyd edib ki, 1993-cü il iyunun 15-də xalqın tələbi ilə ölkə üçün son dərəcə çətin vaxtlarda, respublikaya rəhbərlikdə böyük təcrübəyə sahib olan, SSRİ-nin ən yüksək hakimiyyət strukturunda təcrübəyə malik olan Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdı. Bu baxımdan azərbaycanlılar nizam-intizam yaratmağa qadir bir şəxsiyyət kimi ona ümid bağlamışdılar: ”Heydər Əliyevin eyni dərəcədə mühüm “güc amili” onun nəhəng siyasi kapitala və təsir strukturlarına malik olması idi: inzibati rıçaqlar, həm respublika daxilində, həm də beynəlxalq aləmdə mübahisəsiz nüfuza malik olan hərbi və regional liderlərlə ittifaqda olan işgüzar əlaqələr azərbaycanlıların sonralar “Milli qurtuluş” adlandıracaqları, dövlət bayramlarından birini məhz bu bayrama həsr etmək üçün perspektivlər verirdi”.
Oleq Tulyakov vurğulayıb ki, Heydər Əliyevin xilaskar fəaliyyətinin tacı və parlaq nəticəsi davamlılığın və səlahiyyətlərin optimal ötürülməsini təmin etmək idi: ”2003-cü ildə İlham Əliyev atasının siyasətini davam etdirərək Azərbaycanda hakimiyyətə gəldi. Bu, qarşıdurmaların, sınaqların və çətin tapşırıqların ağır və dramatik yolu idi. Amma bu yol Azərbaycanı sülhə, firavanlığa aparır”. (AZƏRTAC)