17.12.2024, 15:47
AZ EN
22.10.2024, 12:54 266

Simonyan: "Ermənistan öz ərazisindən dəhliz vermək fikrində deyil"

XƏBƏRLƏR
  • "Ermənistan Azərbaycana hücum etməyə hazırlaşmır. Hazırda ermənilər dinc birgə mövcudluq istəyir və buna sübut bizim partiyanın hakimiyyətdə olmasıdır. Mən tez-tez təəccüblənirəm ki, niyə və nə üçün Azərbaycan tərəfi və ya Azərbaycan əhalisi "Ermənistan yenidən hücum etmək qərarına gələ bilər, ya da yeni müharibə başlada bilər" barədə düşünməlidir? Mən buna hansısa səbəblər görmürəm”.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan “Azadlıq” radiosuna müsahibəsində bildirib. O, deyib ki, Ermənistan öz ərazisinin 29 min 743 kvadratkilometr olduğunu elan edib və onun istədiyi yalnız bu ərazilərdir.

Erməni spiker 44 günlük müharibədən sonra İrəvanın Fransa, Hindistan, İran və digər xarici ölkələrin dəstəyi ilə kütləvi silahlanmaya başlamasına da haqq qazandırıb. Simonyan bu faktı ölkəsinin təhlükəsizliyinin müdafiə etmək istəyi ilə izah edib. O, Azərbaycanla Ermənistanın silah alışının müqayisəedilməz olduğunu bildirib: "Hər zaman nəsə barədə razılaşmaq, yaxud bir-birini nədəsə ittiham etmək olar. Rusiya Ukraynanın təhlükəsizliyinin zəmanətçisi idi, bu, yaxşı nümunədir. Bu gün Ermənistanda təkcə bizim partiyamız hakimiyyətdə olduğu üçün yox, insanlarda da artıq sülh bağlamağın vaxtının çatması ilə bağlı əhval-ruhiyyə var. Bizim öz ölkəmiz var və ərazisi 29 min 743 kvadrat kilometrdir. Bizim dəqiq xəttimiz var və biz onu Almatı Bəyannaməsi ilə tanımışıq. Ermənistanla Azərbaycan arasında olan sərhəd hər iki tərəfdən hüquqi sənədlərlə tam olaraq sənədləşdirilib".

Zəngəzur dəhlizinin açılmasına gəlincə, Simonyan Ermənistanın öz ərazisindən dəhliz vermək fikrinin olmadığını söyləyib. O, iki ölkə arasında kommunikasiyaların açılması məsələsində Avropa İttifaqı ilə Rusiya arasında olan Kalininqrad nümunəsinin tətbiqinin mümkünlüyünə də toxunub: "Biz Rusiya və Avropa İttifaqı kimi yaşamağa hazırlaşırıq? Mən hesab edirəm ki, biz Ermənistanın Gürcüstanla, Gürcüstanın isə Azərbaycanla yaşadığı kimi yaşamağa hazırlaşırıq. Biz mümkün olan bütün yolları sabah da açmağa hazırıq ki, istənilən azərbaycanlı İrəvana gəlib istirahət edib, nəsə alıb, oradan başqa yerə - Naxçıvana getsin. Geri qayıdanda isə başqa şəhərdə dayanıb, sonra yenə davam edə bilər... Ermənilər də Bakıya, Sumqayıta və digər şəhərlərə gəlib, orada münasibət qursunlar, çay və ya kofe içib, məsələn, Dağıstana yola düşsünlər".

Elxan SALAHOV

Oxşar xəbərlər