Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqada “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən “Orta Dəhliz: Yeni Geosiyasi və Geoiqtisadi Həyat Xətti” (The Middle Corridor: A New Geopolitical and Economic Lifeline?) paneli zamanı söyləyib.
O qeyd edib ki, bir tərəfdə Rusiya-Ukrayna müharibəsi, digər tərəfdə isə İsrail-İran hərbi qarşıdurması mövcuddur:
“Biz bunun baş verəcəyini ehtimal edirdik. Məhz o səbəbdən də Yaxın Şərqdən yönəlməsi mümkün olan yeni sunamilər də daxil olmaqla, qonşu ölkələrə istiqamətlənə biləcək mümkün ssenarilərə hazır idik”. (APA)