Bunu "İrs" jurnalının baş redaktoru, "Daşlar sükut içində danışır: Azərbaycan irsinin qorunması" adlı elmi-praktik layihənin rəhbəri Musa Mərcanlı "Daşlar sükut içində danışır: Azərbaycan irsinin qorunması" adlı elmi-praktik tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistanda vaxtilə azərbaycanlıların yaşadığı Qərbi Azərbaycan ərazisində fəaliyyətə cəlb olunan xarici fotoqraflara iş prosesində maneələr yaradılıb:
"Biz bir neçə dəfə həmin ərazilərə xarici fotoqrafları göndərsək də, ermənilər onlara işləməyə imkan vermirdilər. Həmin bölgədəki bəzi kəndlərdə yaşayan yezidi kürdlər də əcnəbi fotoqrafları o ərazilərə yaxın buraxmırdılar.
Lakin bu çətinliklərə baxmayaraq, Qərbi Azərbaycan irsinin əks olunduğu fotolar əldə edilib və o təsvirlər bu gün təqdimatı keçiriləcəık "Daşları toplamaq vaxtıdır" adlı fundamental nəşrdə yer alıb". (Report)