30.07.2025, 22:06
AZ EN
30.05.2025, 18:33 132

Azərbaycanın Moskvadakı səfiri Rusiya XİN başçısının müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

XƏBƏRLƏR
  • Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev iki ölkə arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı müzakirə ediblər.

Bu barədə Rusiya XİN-in məlumatında deyilir.

"Rusiya-Azərbaycan əməkdaşlığına dair bir sıra məsələlər, o cümlədən informasiya təhlükəsizliyi ilə bağlı fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunub.

Məlumata görə, görüş zamanı hər iki tərəf 2022-ci il fevralın 22-də yüksək səviyyədə imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarına uyğun olaraq ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib. (Report)

Oxşar xəbərlər