22.11.2024, 21:21
AZ EN
29.09.2022, 14:17 426

Alev Kılıç: Füzuli aeroportu Azərbaycanın bu ərazilərdə daim qalacağını göstərir

XƏBƏRLƏR
  • İşğaldan azad olunmuş ərazilərə ilk dəfə səfər edirik. Füzulidə məscidi, dağıdılmış qəbiristanlığı və evləri gördük. Burada gördüklərimiz insana qəmginlik verir. Bu ərazilərin yenidən necə dirçələcəyini düşünürdük. Lakin Füzuli Beynəlxalq Hava Limanını gördükdən sonra hər şeyin daha gözəl olacağını deyə bilərik.

Bunu Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) direktoru səfir Alev Kılıç söyləyib.

“Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində Azərbaycan və Türkiyə prezidentləri birlikdə iştirak etdilər. Hava limanı bizə Azərbaycanın bu ərazilərdə daimi olduğunu, ölkənin bölgəni əvvəlkindən daha müasir və gözəl hala gətirəcəyini göstərən işarədir. Buna görə də ərazilərdəki vəziyyəti gördüyümüz zaman hiss etdiyimiz kədər xoşbəxtliyə və ümidə çevrildi”, - deyə A.Kılıç qeyd edib.

Şuşa Bəyannaməsinin siyasi əhəmiyyətinə də toxunan diplomat bildirib ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu mühüm sənəd qardaş ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə ən yüksək səviyyədə olduğunun əyani göstəricisidir. (AZƏRTAC)

Oxşar xəbərlər