Bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə göndərdiyi təbrik məktubunda əksini tapıb.
“Qardaşlıq əlaqələrimizin və bənzərsiz əməkdaşlığımızın bizi ortaq inkişaf hədəflərimizə gündən-günə daha çox yaxınlaşdırdığını, ölkələrimizi daha da güclü və firavan etdiyini məmnuniyyətlə müşahidə edirəm.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına rifah və firavanlıq arzulayır, Can Azərbaycanın Müstəqillik Gününü bir daha ürəkdən təbrik edirəm", - məktubda vurğulanıb. (Report)