Bunu Milli Məclisin deputatı Tural Gəncəliyev “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində keçirilən “Fərqli kontekstlərdə islamofobiya: Regional perspektivlər” mövzusunda panel sessiyada səsləndirib.
Tural Gəncəliyev bildirib ki, müsəlmanları hədəfə alan mənfi emosional və koqnitiv reaksiyalar son dövrlərdə daha da artıb. O vurğulayıb ki, islamofobiya ilə irqçilik arasında sıx əlaqə mövcuddur: “Əfsuslar olsun ki, Avropada ifrat sağçı siyasi hərəkatların fəallığını müşahidə edirik. Onlar irqçilik zəminində insanlara hücum etmək üçün islamofob cərəyanlardan da istifadə edirlər”
Deputatın sözlərinə görə, islamofobiya dini zəmində ayrı-seçkilik kimi, heç bir sərhəd tanımır. Avropa ölkələrindən İsveçrədə, Fransada, Almaniyada yaşayan ağdərili avropalı müsəlmanlar belə islamofob cərəyanların təzyiqi və hücumları ilə üzləşirlər. (AZƏRTAC)