"Vətən səsi" xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın sosial şəbəkə üzərindən yaydığı məlumat erməni mətbuatında geniş müzakirələr əsəbəb olub. Xüsusilə müxalif mətbuat Paşinyanın bu xəbəri sevincək şəkildə sosial şəbəkələrlə yayması Baş nazirin həmin qərardan məmnunluğunun ifadəsi kimi izah edib. Sammitin İrəvanda keçirilməsini Avropa siyasi dairələrinin Paşinyana seçkiqabağı dəstəyi kimi dəyərləndirir. Bildirilir ki, gələn ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkiləri hazırkı Baş nazirin və Ermənistanın növbəti beşillik siyasi taleyində həlledici rol oynayacaq.
Ermənistanda nəşr olunan nüfuzlu "Hraparak" qəzeti yazır ki, sammitin məhz seçkilərdən əvvəl İrəvanda keçirilməsi təsadüfi deyil və bu, Paşinyana göstərilən siyasi dəstəyin göstəricisidir. Nəşr Azərbaycan Prezidenti İlham Əliyevin də sammitdə itirakının mümkünlüyü barədə fikirlərə geniş yer ayırıb. Bildirilir ki, bu yaxınlarda Albaniyanın paytaxtı Tiranada keçirilən sammitdə Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında keçirilən görüşdə hər iki ölkənin xarici işlər nazirlərinin də iştirak etməsi Avropa Siyasi Birliyinin növbəti sammiti ilə bağlı Bakı və İrəvan arasında birgə addımların atılması çox realdır.
Məqalədə Paşinyanın ötən ilin noyabrında Bakıda keçirilən "COP29" tədbirinə qatılmaq istədiyi, lakin yaranmış fürsətin son anda itirildiyi xüsusi vurğulanır. Ardınca isə qeyd edilir ki, qlobal iqlim dəyişikliklərinə həsr olunmuş "COP29" tədbirindən fərqli olaraq gələn il Ermənistanda keçiriləcək siyasi sammitdə bu fürsətin dəyərləndirilməsinə yönəlik müsbət qərarların olacağı və yeni sürprizlərin yaşanacağı ehtimalı yüksəkdir.
Erməni mətbuatı Avropa siyasi platformasında Bakı və İrəvan bir-birini dəstəkləyən addımlar atdığına da diqqət çəkərək rəsmi Bakının 2025-ci il sammitinin İrəvanda, Ermənistanın isə 2028-ci ildə həmin tədbirin Bakıda keçirilməsini dəstəklədiyi xatırladılır. Qeyd olunur ki, Baş nazir Paşinyan sammitdə iştirak etmək üçün Azərbaycan Prezidentini İrəvana dəvət edəcək və sülh danışıqların əldə edilən razıılaşmaların fonunda qarşı tərəfin dəvəti qəbul edəcəyi ehtimalı sammitəqədrki döver ərzində daha da artacaq.
Elxan SALAHOV