Bunu Bolqarıstan Prezidenti Rumen Radev “Facebook” səhifəsində yazıb.
“Yüksək siyasi səviyyədə intensiv dialoq təkcə ikitərəfli əməkdaşlığa deyil, həm də Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, Cənubi Qafqaz və Qara dəniz regionunun sabitliyinə və iqtisadi inkişafına töhfə verir”, - o bildirib.
Bolqarıstan liderinin sözlərinə görə, hər iki ölkə öz strateji üstünlüklərindən istifadə edərək Avropa ilə Asiya arasında əlaqələrin inkişafında maraqlıdır.
R.Radev həmçinin qeyd edib ki, Azərbaycan Bolqarıstanın enerji sahəsində əsas tərəfdaşına çevrilib və Bolqarıstana təbii qaz tədarükünün şaxələndirilməsinə mühüm töhfə verib. (Report)