03.08.2025, 18:33
AZ EN
21.05.2025, 17:55 142

Ermənistan xarici qoşunları ölkədən çıxarmayınca...

XƏBƏRLƏR

Ermənistan ərazisində xarici qoşunların olmaması rəsmi Bakının İrəvana qarşı irəli sürdüyü tələblərdən biri kimi son günlər aktual mövzu kimi diqqət mərkəzindədir. Azərbaycan rəhbərliyi bu məsələni əvvəlki bəayanatlarında dəfələrlə səsləndirsə də, heç vaxt mətbuatın diqqətini çəkməyib.

"Vətən səsi" xəbər verir ki, Azərbaycan prezidentini köməkçisi Hikmət Hacıyev Tehranda keçirilən beynəlxalq formda bu tələbi yenidən təkrarlayıb. Prezident Administarsiyasının Xarici əlaqələr şöbəsinin müdiri bildirib ki, rəsmi Bakı Ermənistan ərazisində xarici qoşunların olmaması barədə fikirləri müxtəlif səviyyələrdə qarşı tərəfə çatdırıb.

Bu mövzunun Rusiyanın Xarici İşlər naziri Segey Lavrovun Ermənistana səfəri ərəfəsində yenidən aktuallaşması və mətbuatın əsas mövzularından birinə çevrilməsi diqqətdən yayınmır. Hətta Azərbaycan tərəfinin irəli sürdüyü bu tələbin rəsmi Bakının Ermənistan ərazisindəki Rusiya hərbi bazasının əleyhinə olması kimi dəyərləndirilir.

Bəs, əslində necədir?

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, Ermənistan ərazisində xarici qoşunların olmaması məsələsi Bakı və İrəvan rəhbərliyinin qarşılıqlı, razılaşdırılmış mövqeyidir. Onun fikrincə, Azərbaycanın bu mövqeyini Qərbdə də dəstəkləyirlər: "Ermənistan daxilində də ideya dəstəklənir. Rusiya ona görə əsəbləşir və Azərbaycana qarşı xoşagəlməz sözlər işlədir. Amma əsas məsələ odur ki, Rusiyanı ümumiyyətlə, Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq lazımdır".

Zərdüşt Əlizadə bildirib ki, Azərbaycanın mövqeyi anti-Rusiya mövqeyi deyil, sadəcə olaraq Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi reallaşmadığından yenidən Rusiyaya meyllənməyə başlayıb: "Azərbaycanın mövqeyi daha səmimidir və real münasibətlərə əsaslanır. Ona görə də qarşılıqlı olaraq ehtiram məsafəsi qorunur. Ermənistanda isə Avropa İttifaqına daxil olmaq kimi səfeh iddialar yalnız seçkiqabağı avam camaatın arasında səs toplamağa xidmət edir. Heç kəs Ermənistanı Avropa İttifaqına qəbul etmir. Hətta ola bilər ki, Ermənistanın Avropa İttifaqına qəbul olmaq şansı yetişəndə bu ittifaq artıq dağılsın".

Politoloq əmindir ki, Ermənistanın Avropa İttifaqına qəbulu ilə bağlı aparılan siyasət mənasız və nəticəsizdir: "Türkiyə kimi ölkə 40 ildir çalışır ki, Avropa İttifaqına daxil olsun, ola bilmir. Avropa İttifaqının özünün inkişaf potensialı artıq tükənib. Obyektiv olaraq, Ermənistan Rusiyadan asılıdır. Xarici ticarət dövriyyəsinin əsas payı Rusiyanın üzərinə düşür. Ermənistan ordusu Rusiya silahları ilə silahlanır. Odur ki, bu təbii münasibətdir və qeyri-adi heç nə yoxdur".

Elxan SALAHOV

Oxşar xəbərlər