01.08.2025, 18:04
AZ EN
21.05.2025, 10:48 206

Mirzoyan Avropada yenə yalan danışdı

XƏBƏRLƏR
  • Ermənistan bir mənbədən, yəni Rusiyadan müdafiə idxalı asılılığını, o cümlədən silahların alınmasını 95 faizəə qədər azaldıb. Paralel olaraq, İrəvan sərhəd nəzarəti tədbirlərini müstəqil şəkildə həyata keçirmək imkanı qazanıb.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dünən Avropa Birliyinin Şərqi Avropa və Mərkəzi Asiyadakı səfirlərinin regional toplantısının açılışında çıxışı zamanı deyib. O, qeyd edib ki, Ermənistanın Rusiyadan asılılığının azalması iqtisadi əməkdaşlıq və ticarət sahəsində də özünün göstərməyə başlayıb. Onun sözlərinə görə, hazırda Ermənistan özünün enerji müstəqilliyini təmin etmək üçün alternativ yollar nəzərdən keçirir: "Buraya nüvə və bərpa olunan enerji sektoru da daxildir. Biz iqtisadiyyatın şaxələndirilməsin, çoxvektorlu ticarət əlaqələrinin qurulmasına nail ola bilmişik".

Mirzoyan avropalı siyasətçilər qarşısında Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına da danışıb. O, qeyd edib ki, Ermənistan hakimiyyəti Azərbaycanla hərtərəfli və institusional sülhün bərqərar olması üçün ardıcıl səy göstərir: "Amma Azərbaycanın səmimi narahatlığının olub-olmaması hələ bəlli deyil, çünki rəsmi Bakı prosesi süni surətdə gecikdirir, irəli sürdüyü bütün şərtlərin sülh sazişinin imzalanmasından əvvəl həyata keçirilməsini istəyir".

Abropalılar qarşısında növbəti dəfə yalan danışaraq Azərbaycanı sülh prosesinin yubatmaqda ittiham edən erməni nazir yenə də xarici dairələrdən dəstək gözlədiklərini gizlətməyib. O, Ermənistanın xarici tərəfdaşlarını həm Bakı ilə birbaşa təmaslarında, həm də ictimai bəyanatlarında sülh sazişinin dərhal imzalanmasının zəruriliyini ardıcıl olaraq vurğulamağa çağırıb: "Biz tərəfdaşlarımızdan və dost ölkələrdən bunu gözləyirik. Biz hər kəsi Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstəyi gücləndirməyə çağırırıq".

Bununla belə, Avropdakı tərəfdaşlarının Ararat Mirzoyanın səmimiliyinə inanıb-inanmadığı şübhə doğurur. Onun Rusiyanın iqtisadi və müdafiə asılılığından xilas olması da həqiqəti əks etdirmir. Ermənistanın müvafiq dövlət qurumlarının yaydığı sonuncu statistik məlumatlarda istər enerji, istər ticarət, istərsə də iqtisadiyyatın digər sahələrində Rusiyadan böyük mənada asılı olduğunu bir daha ortaya qoyur. Erməni nazirin Azərbaycanla sülh sazişinin imzalanmamasına görə məsuliyyəti rəsmi Bakının üzərinə qoyması da avropalılara inandırıcı görünmür. Azərbaycan tərəfinin sülh sazişinin imzalanması üçün hansı şərtlərin yerinə yetirilməli olduğu barədə ən yüksək səviyyədə və dəfələrlə açıq şəkildə bəyan edilib.

Elxan SALAHOV

Oxşar xəbərlər