13.09.2025, 07:02
AZ EN
10.05.2025, 08:57 157

Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb

XƏBƏRLƏR
  • Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə “X” sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Səfirliyin qiymətli arxiv materiallarını gəzirdim və ilk ziyarətçi kitabımızı tapdım. Onun ilk səhifəsində düz 30 il əvvəl Zati-aliləri Heydər Əliyevin yazdığı səmimi arzuları və imzası var. Allah rəhmət eləsin!”. (Report)

Oxşar xəbərlər