23.12.2024, 23:41
AZ EN
15.10.2024, 18:08 154

Polşalı parlamentari Qərbi azərbaycanlıların məruz qaldıqları deportasiyalar barədə məlumatlandırılıb

XƏBƏRLƏR
  • Polşanın paytaxtı Varşava şəhərində keçirilən “Qərbi Azərbaycan - yaddaşlarımızda” adlı sərgi çərçivəsində Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri – sözçüsü Ülviyyə Zülfiqar Polşa–Azərbaycan parlament qrupunun sədri Pşemislav Viteklə görüşüb.

Bu barədə İcmadan məlumat verilib.

Bildirilib ki, İcma rəsmisi Pşemislav Vitekə Qərbi azərbaycanlıların ötən əsrdə mərhələlərlə deportasiyaya məruz qalmalarından, Ermənistan ərazisində soydaşlarımıza məxsus zəngin irsin məhv edilməsindən danışıb. Bildirilib ki, öz ata-baba yurdlarından zorla çıxarılan Qərbi azərbaycanlılar beynəlxalq hüququn norma və prinsiplərinə əsasən qayıdış hüququna malikdirlər. Ülviyyə Zülfiqar vurğulayıb ki, Qərbi azərbaycanlılar bu gün öz ata–baba yurdlarına geri qayıtmaq həsrəti ilə yaşayırlar.

Polşa parlamentinin nümayəndəsi ona verilən məlumatları maraqla qarşılayaraq beynəlxalq hüququn prinsipi olaraq qayıdış hüququnun həyata keçirilməsinin önəmini qeyd edib.

Qeyd edək ki, görüş barədə polşalı deputat da öz feysbuk səhifəsində paylaşım edərək “Qərbi Azərbaycan – yaddaşlarımızda” adlı sərgidən hər birinizi salamlayıram” yazıb. (AZERTAC)

Oxşar xəbərlər