"Vətən səsi" xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanla sülh sazişinin imzalanması üçün irəli sürülən şərtlər barədə jurnalistlərin suallarını cavablandırarkən belə deyib. O, qeyd edib ki, Köçəryanın Rusiya casusu olması ilə bağlı əlində fakt yoxdur, lakin belə düşünməsi əsassız deyil: “Səbəb Köçəryanın Rusiyanın maraqlarını müdafiə etməsi və bu ölkəyə xidmət göstərməsidir. Bu, mənim siyasi qiymətləndirməmdir. Bu fikrimi gücləndirən arqumentlərdən biri də Gümrünün yeni meri Vardan Qukasyanın eks-prezident Köçəryanın dəstəklədiyi Rusiya-Belarus birlik dövlətinə qoşulmağın lehinə olmasıdır”.
Jurnalistlərin “baş nazir Nikol Paşinyanın bəyanatları da Azərbaycan prezidenti İlham Əliyevin fikirləri ilə üst-üst düşür, bunu necə anlamaq olar” sualına Simonyan əsəbi halda cavab verib. O, deyib ki, Paşinyanın erməni xalqının və Ermənistan dövlətinin maraqlarını güzəştə getməsi barədə səsləndirilən fikirlər tamamilə əsassızdır: “Bu məntiqsizlikdir, Ermənistanı müharibəyə sürükləmək istəyənlər belə danışır. Paşinyanın sözləri Əliyevlə üst-üstə düşmür. Bakıdan gələn bəyanatlar da bunu təsdiq edir. Rəsmi Bakı dəhliz ideyasından əl çəkirmi? Xeyr! Onlar nəqliyyat kommunikasiyalarının məhz Zəngəzurdan keçməsini şərt kimi irəli sürüblər”.
Elxan SALAHOV