Bu barədə Azərbaycanın Alyansdakı nümayəndəsi Cəfər Hüseynzadə tviterdə yazıb.
Stentdə H.Əliyevin NATO-Azərbaycan münasibətlərinin inkişafına əvəzsiz töhfələrini əks etdirən fotolar və məlumatlar sərgilənir.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev memorial-foto stendin açılış mərasimində iştirak edib.
Qeyd edək ki, H.Hacıyev Belçikada səfərdədir. (Report)