19.06.2025, 22:52
AZ EN
25.04.2025, 19:00 126

İşğaldan azad edilən ərazilərin bərpasında ATƏT-lə iş birliyi formalaşdırıla bilər

XƏBƏRLƏR
  • Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpasında ATƏT-lə iş birliyi formalaşdırıla bilər.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.

O qeyd edib ki, ATƏT Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatıdır və təhlükəsizlik olmayan yerdə əməkdaşlığı qurmaq çətindir.

"Bugünkü qarşılıqlı inamsızlıq, davam edən hərbi münaqişələr, beynəlxalq bloklanmaları nəzərə alsaq, ATƏT-in unikallığı ondan ibarətdir ki, böyük coğrafiyanı əhatə edən və bir-birinin yanaşmalarını bölüşməyən ölkələri eyni çətir altında birləşdirir. Diplomatiyanın işi çərçivə və platformanın yaradılması, onun qorunub-saxlanmasından ibarətdir. Heç bir münaqişə sonsuz deyil. Bunun qarşısını almaq üçün isə platformalar olmalıdır. Həmin platformalar həm də açıq qalan məsələlərin həllinə töhfə verir”, - o əlavə edib. (Report)

Oxşar xəbərlər