10.06.2025, 22:00
AZ EN
25.04.2025, 14:22 170

Ermənilər sərhəddə yeni təxribata hazırlaşır

XƏBƏRLƏR
  • Son bir neçə ayda Kəlbəcər, Laçın və Naxçıvanla şərti sərhəd zonalarında atəşkəsi tez-tez pozan Ermənistan ordusu növbəti eskalyasiyaya hazırlaşır. Bunu qarşı tərəfin sərhədyanı ərazilərdə mühəndis-istehkam işlərinin aparılması da təsdiq edir. 

"Vətən səsi" xəbər verir ki, Göyçə gölü istiqamətində Ermənistan silahlı qüvvələri irimiqyaslı atəş mövqeləri inşa edib. Həmin faktı təsdiq edən videogörüntülər "GSSR44" teleqram kanalında da yayımlanıb. Bildirilir ki, atəş mövqeləri hücum xarakterli beton-bunker tipli mövqenin arxasında yerləşir.

“Maskalanma üçün meşəlik ərazidən və relyefdən istifadə olunur. Ərazidə maskalanmış çox saylı texnika müşahidə edilir. Həmçinin ərazidə iriçaplı artilleriya-raket qurğularının, hava hücumundan müdafiə (HHM) sistemlərinin və öldürücü silahların yerləşdirilməsi də istisna olunmur. İrimiqyaslı atəş mövqeyi şərti sərhədin bir neçə kilometrliyində yerləşir”, - deyə məlumatda qeyd edilib.

Oxşar xəbərlər