23.04.2025, 23:12
AZ EN
23.04.2025, 17:49 10

Ermənilər narahatdır: "Zəngəzur dəhlizinin taleyi Azərbaycanla Çin arasında..."

XƏBƏRLƏR
  • Dünyada birbaşa Ermənistanla, xüsusən də Zəngəzur dəhlizi ilə bağlı maraqlı hadisələr baş verir. Amma bu mövzu ilə bağlı beynəlxalq səviyyədə aparılan müzakirələrdə heç kim İrəvanın adını çəkmir.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistandakı “Past” qəzeti yazıb. Qəzetin sonuncu sayında dərc olunan məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Çin səfərindən bəhs olunur və bilirilir ki, Pekinlə Bakı arasında münasibətlərin dinamikası Zəngəzur dəhlizinin taleyinə ciddi təsir göstərəcək: “Bu gün səhər saatlarında Azərbaycan Prezidenti İlham Əliyev Pekində Çin sədri Si Cinpinlə əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirib. İki ölkə liderinin nəyi müzakirə etdiyi hələlik məlum deyil, amma həm azərbaycanlı, həm də çinli ekspertlərin proqnozları və qənaətlərinə görə, Zəngəzur dəhlizi ilə birbaşa bağlı olan Orta dəhliz məsələsi müzakirə olunub. Çinin Azərbaycanla strateji tərəfdaşlıq müqaviləsi var. Ermənistan hakimiyyəti nə qədər dünyanın ən qüdrətli dövlətlərindən biri (Çin) ilə ciddi əlaqələr qurduğunu iddia etsə də, Əliyev daha geniş əməkdaşlıq qura bilib”.

Nəşr öz mənbəsinə istinadən yazır ki, Azərbaycanla yanaşı, Çin də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır: “Çünki Çin malları məhz Orta dəhlizlə Avropaya çatdırılacaq. Həm də Zəngəzurun Orta dəhliz layihəsinin çox mühüm hissəsidir. Dünən Zəngəzur dəhlizi barədə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün də danışıb. Səfir bəyan edib ki, sülh sazişi imzalansa və Zəngəzur dəhlizi açılsa, Çindən Londona qədər Orta dəhliz xeyli genişlənəcək, türk dünyasının rolu artacaq, Türkiyə bunu dəstəkləyir. İran xarici işlər naziri Abbas Əraqçi da Çindədir. İran birbaşa Zəngəzur dəhlizinə qarşıdır, indi Çinin fikrini dəyişməyə çalışır”.

"Past" nəşrində qeyd edilir ki, Zəngəzur dəhlizi ilə bağlı maraqlı proseslər baş verir, yolun açılmasından danışılır, amma Ermənistanın adı çəkilmir və mövqeyi nəzərə alınmır.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR