22.04.2025, 23:35
AZ EN
22.04.2025, 14:32 109

Ermənistan hökuməti separatçıların saytlarını bağlayıb

XƏBƏRLƏR
  • Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması arzusu ilə yaşayan separatçılar xəyallarının puç olduğunun fərqindədirlər. 2023-cü ildə Azərbaycan ordusunun həyata keçirilən antiterror tədbirlərindən sonra bir-birinin ardınca zərbələr alan separatçı-revanşistlərə məxsus internet resursları da artıq sıradan çıxarılıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağda ləğv edilmiş separatçı rejimə məxsus saytların fəaliyyəti dayandırılıb. Belə ki, separatçıların qondarma "artsax respublikası"nın "parlament", hökumət, "Xarici İşlər Nazirliyi" və "Müdafiə Nazirliyi"nin səhifələri artıq aktiv deyil və həmin internet resursları Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən bağlanıb.

"Ermənistan hökumətinin qərarına uyğun olaraq, Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistanın dövlət orqanlarının rəsmi saytlarının təhlükəsizliyini təmin etmək üçün müvafiq işlər həyata keçirir", - deyə erməni mətbuatı antiterror tədbirlərindən sonra Ermənistana qaçmış separatçıların bütün dayaq və dəstəkdən məhrum edildiyini yazır.

O da xüsusi olaraq vurğulanır ki, qondarma "artsax"ın "vətəndaşları" şəxsiyyəti təsdiq edən sənədlərini qaydaya salmaq üçün faktiki yaşadıqları ərazilərdə pasport-qeydiyyat idarələrinə dəvət olunur. Onlara bildirilib ki, Qarabağda doğulmuş və antiterror tədbirləri zamanı Ermənistana köçmüş şəxslər pasport sənədlərində "Doğulduğu yer" qrafasında "Azərbaycan Respublikası" yazdırmalıdır. Əks halda onlar Ermənistandan xarici ölkələrə gedən nəqliyyat vasitələrindən istifadə etmək hüququna malik olmayacaqlar.

Elxan SALAHOV

Oxşar xəbərlər