Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti tədbirlərdə iştirak edib.
MDB PA-nın 58-ci plenar iclasının iştirakçıları əvvəlcə Piskaryov memorial məzarlığını ziyarət ediblər. Milli Məclisin sədri Sahibə Qafarova və MDB-yə üzv dövlətlərin parlament sədrləri memorial məzarlıqda “Ana vətən” abidəsi qarşısına gül çələngləri qoyublar.
Sonra Tavriya sarayında 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş konsert təşkil olunub. Plenar iclas iştirakçıları konserti izləyiblər. (AZERTAC)