Bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi ABŞ-ın Ermənistandakı səfirliyinin sentyabrın 23-dəki açıqlamasını şərh edərkən bildirib.
“ABŞ səfirliyini bu kimi həssas məsələlərdə məsuliyyətli mövqe nümayiş etdirməyə, Ermənistanın xeyrinə olan birtərəfli bəyanatlardan çəkinməyə çağırırıq.
Bu qəbildən olan yanaşma regionda sülh gündəliyinin irəli aparılmasına xidmət etmir, əksinə Ermənistandakı revanşist və separatist meyilli dairələrin həvəslənməsinə və beləliklə də bölgədə gərginliyin artmasına səbəb olur.
Eyni zamanda, bu kimi mövqe Ermənistan və Azərbaycan arasında normallaşma prosesində rol oynamağa çalışan ABŞ-ın neytrallığına və qərəzsizliyinə kölgə salır”, - deyə qeyd olunub.