22.11.2024, 10:13
AZ EN
23.09.2022, 17:45 212

Fahrettin Koca: Şuşanın yenidən sülh, hüzur və sənət dolu günlərinə qayıtması üçün hər cür dəstək verməyə hazırıq

XƏBƏRLƏR
  • Şuşanın yenidən sülh, hüzur və sənət dolu günlərinə qayıtması üçün hər cür dəstək verməyə hazırıq.

Bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca Şuşada jurnalistlərə açıqlamasında bildirib.

Fahrettin Koca Azərbaycanın xalq şairi Səməd Vurğunun şeirindən bir parça səsləndirərək deyib:

Əymə sən başını, başımın tacı,

Nəhayət tapılar dərdin əlacı.

Ər-aslan oğullar ayağa qalxar,

Ayaqlar altında qalan bayrağı,

Şuşa qalasının başına taxar.

Azərbaycanın xalq şairi Səməd Vurğunun bu şeirində ifadə edildiyi kimi, Şanlı Azərbaycan bayrağı Azərbaycan Ordusunun aslanları tərəfindən Şuşa qalasının başına sancılıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 28 illik həsrətimizi sona çatdıran və bizi Şuşamıza qovuşduran Allaha şükürlər olsun!

Yetiştirdiyi şair və musiqiçiləri ilə Türk tarixində önəmli bir yerə sahib olan Azərbaycanın mədəniyyət paytaxtı Şuşa 1992-ci ildə Ermənistan tərəfindən işğal edilmişdi. Burada bir çox məsum insan türk və müsəlman olduğu üçün öldürüldü. Şuşada hər biri dini-mədəni miras olan məscidlər və digər tarixi tikililər Ermənistan tərəfindən viran qoyuldu.

“Noyabrın 8-də şanlı Azərbaycan Ordusu tərəfindən azad edilən Şuşanın yenidən sülh, hüzur və sənət dolu günlərinə qayıtması üçün biz də hər cür dəstək verməyə hazırıq. Şuşanın azad edilməsində iştirak edən hər kəsi ürəkdən təbrik edir, şəhidlərə Allahdan rəhmət, yaxınlarına, qardaşlarımıza və Türk dünyasına başsağlığı diləyir, yaralananlara tezliklə sağalmalarını arzulayıram. Dünən olduğu kimi, bu gün də yan-yana olduğumuzu bir daha vurğumaq istəyirəm”, - deyə Fahrettin Koca bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR